​Sankt-Peterburqda azərbaycanlının qətli ilə bağlı yerli deputatın ofisində axtarış aparılır

​Sankt-Peterburqda azərbaycanlının qətli ilə bağlı yerli deputatın ofisində axtarış aparılır Sofiya küçəsində yerləşən tərəvəz bazasında da etnik qruplaşma cinayət işi çərçivəsində axtarış başlayıb
Hadisə
8 Avqust , 2016 17:37
​Sankt-Peterburqda azərbaycanlının qətli ilə bağlı yerli deputatın ofisində axtarış aparılır

Bakı. 8 avqust. REPORT.AZ/ Sankt-Peterburq şəhər Dumasının azərbaycanlı deputatı Səyyad Əliyevin ofisində axtarış aparılır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi yerli etnik qruplaşmanın təşkili cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinə deputatın rəhbəri olduğu Leninqrad vilayəti "Su kanalı" ("Vodokanal") İdarəsindən başlayıb.

Məlumatda bildirilib ki, şəhərin Sofiya küçəsində yerləşən tərəvəz bazasında da etnik qruplaşma cinayəti işi üzrə də axtarış keçirilir.

Qeyd edək ki, bu il iyunun 22-də Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Sofiya tərəvəz bazasında həmyerlisi, 43 yaşlı İsmayılovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı, 27 yaşlı Emil Hüseynov barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

"Emil Hüseynov barəsində 20 iyun 2016-cı il tarixindən etibarən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə məhkəmənin məlumatında bildirilib. Emil Elçin oğlu Hüseynov barəsində iş Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin xüsusi mühüm işlərin araşdırılması üzrə birinci idarəsinə verilib.

Xatırladaq ki, iyunun 21-də Rusiya mətbuatı Sankt-Peterburqdakı Sofiya tərəvəz bazasında kütləvi davanın baş verməsi haqqında məlumat yaymışdı. Həmin xəbərlərə əsasən, həmin davada ən az yüz nəfər iştirak etdiyi qeyd olunmuşdu. Hüquq-mühafizə əməkdaşları həmin hadisə nəticəsində iki nəfər arasında münaqişənin yarandığı, atışma baş verdiyi, nəticədə onlardan birinin aldığı güllə yarasından dünyasını dəyişdiyini bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi