Yuxarı

Sankt-Peterburqda Azərbaycan vətəndaşının cəsədi tapılıb

Ölümün səbəbləri müəyyənləşdirilir

Bakı. 16 yanvar. REPORT.AZ/ Sankt-Peterburqda Azərbaycan vətəndaşının cəsədi tapılıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı azərbaycanlının cəsədi qum karxanasına gedən yolda şlaqbaumun yanında aşkarlanıb.

Meyit ölümün səbəblərinin araşdırılması üçün morqa göndərilib.

İlkin məlumata görə, cəsədin müayinəsi zamanı sol gözdə hematoma olduğu aşkarlanıb. Hadisə yerində isə sənədlər, içində qonur rəngli maye olan şpris və qadın sırğası tapılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi