Sankt-Peterburqda Azərbaycan vətəndaşı damdan yıxılaraq ölüb

Sankt-Peterburqda Azərbaycan vətəndaşı damdan yıxılaraq ölüb O, uşaq bağçasının dam örtüyünün təmiri ilə məşğul olan şirkətdə briqadir işləyib
Hadisə
2 Fevral , 2017 13:30
Sankt-Peterburqda Azərbaycan vətəndaşı damdan yıxılaraq ölüb

Bakı. 2 fevral. REPORT.AZ/ Sankt-Peterburqda Azərbaycan vətəndaşı uşaq bağçasının damını təmir edən zaman oradan yerə yıxılaraq ölüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxsin müvəqqəti olaraq Sankt-Peterburqda qeydiyata duran 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Miqrant uşaq bağçasının dam örtüyünün təmiri ilə məşğul olan şirkətdə briqadir işləyib.

İlkin məlumata görə, ölümə 6 metr hündürlükdən düşən zaman alınan zədə səbəb olub.

Son xəbərlər

Orphus sistemi