Samuxda yol qəzası nəticəsində bir nəfər yaralanıb

Samuxda yol qəzası nəticəsində bir nəfər yaralanıb Hadisə axşam saatlarında İnstitut qəsəbəsində baş verib
Hadisə
13 Sentyabr , 2017 23:59
Samuxda yol qəzası nəticəsində bir nəfər yaralanıb

Samux. 13 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Samux rayonunun İnstitut qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəsəbədə "Qazel" markalı avtomobil ilə minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Bayram oğlu Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi