Azərbaycanda vəzifəli şəxs yol qəzasında ölüb - FOTO - YENİLƏNİB

Azərbaycanda vəzifəli şəxs yol qəzasında ölüb - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
6 Sentyabr , 2017 17:02
Azərbaycanda vəzifəli şəxs yol qəzasında ölüb - FOTO - YENİLƏNİB
Report.az

Samux. 6 sentyabr. REPORT.AZ/ Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, rayonun İnstitut qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir. Qəza nəticəsində ölən digər şəxs isə onun qonşusu Mahir Məmmədzadə olub.


***16:34

Samux. 6 sentyabr. REPORT.AZ/ Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Gəncə-İmzamzadə yolunda, rayonun İnstitut qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi