Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb

Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.
Hadisə
15 İyul , 2021 23:36
Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb

Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Samux rayonunda fəaliyyət göstərən kafelərin birində baş verib.

Yeniyetmə S.S-ov mübahisə zəminində, 1993-cü il təvəllüdlü Seymur Salmanovu bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə isə hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi