Samuxda yağan güclü yağış bir sıra fəsadlar yaradıb - FOTO

Samuxda yağan güclü yağış bir sıra fəsadlar yaradıb - FOTO Güclü sel Qırmızı Samuxla rayon mərkəzini birləşdirən körpünü yuyub aparıb
Hadisə
3 May , 2015 11:47
Samuxda yağan güclü yağış bir sıra fəsadlar yaradıb - FOTO

Bakı. 3 May. REPORT.AZ/ Bu gün gecə saatlarında Samux rayonu ərazisinə yağan güclü yağış fesadsız ötüşməyib. "Report" xəbər verir ki, leysan Kürqırağı kəndlərlə yanaşı Gürcüstanla həmsərhəd olan Eldar ve Burunqovaq kəndlərinə ciddi ziyan vurub.

Güclü sel Qırmızı Samux kəndi ilə rayon mərkəzini birləşdirən körpünü yuyub aparıb. Sel suları, həmçinin, Lüksenburq ve Yenikənd kəndlərində fərdi yaşayış evlerinə və təsərrüfatlara ziyan vurub.

Təbii fəlakət nəticəsində insan tələfatı qeydə alınmayıb, lakin vətəndaşlara ciddi maddi ziyan deyib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirməklə yanaşı, fəsadların aradan qaldırılması ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi