Yuxarı
    Bağlamaq

    Samuxda toyda kütləvi dava baş verib, xəsarət alan var

    1994-cü il təvəllüdlü Əmrah Qasımov bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya gətirilib

    Samux. 25 sentyabr. REPORT.AZ/ Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib.

    "Report"un Qərb bürosu xəbər verir ki, dava zamanı bir nəfər xəsarət alıb.

    Belə ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında xəstəxanaya Samux rayon sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya gətirilib.

    Yaralıya dərhal tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

    Məlumata görə o, Samux rayonunun Seyidlər kəndində keçirilən toy mərasimində düşən kütləvi dava zamanı döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi