Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb Samuxda toy mərasimi keçirmək istəyənlər cərimələnib
Hadisə
163
12 Aprel , 2021 07:29
Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Samuxda toy mərasimi keçirmək istəyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qarayeri qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 14 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun ərazisində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, 4 iştirakçı inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi