Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var

Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var Samux. 15 noyabr. REPORT.AZ/ Samux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.
Hadisə
15 Noyabr , 2017 10:33
Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var

Samux. 15 noyabr. REPORT.AZ/ Samux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib.

Belə ki, əlbəyaxa dava nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Nəsibov Anar Rabil oğlu baş və sifət nahiyəsindən ağır xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Əlbəyaxa dava zamanı A.Nəsibovun tanışı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi