Samuxda su kanalında batan şəxsin meyiti tapılıb

Samuxda su kanalında batan şəxsin meyiti tapılıb Samux. 4 iyun. REPORT.AZ/ Samux rayonunda su kanalında batan şəxsin meyiti tapılıb.
Hadisə
4 İyun , 2018 19:34
Samuxda su kanalında batan şəxsin meyiti tapılıb

Samux. 4 iyun. REPORT.AZ/ Samux rayonunda su kanalında batan şəxsin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qarabağlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Samux rayonunun Çobanabdallı kənd sakini, 24 yaşlı Ceyhun Zaməddin oğlu Allahverdiyev su kanalında batıb. Onun çimərkən boğulduğu bildirilir. Yaxınları meyitin müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilməsini istəməyiblər. 

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi