Samuxda su kanalında aşkarlanan meyitin şəxsiyyəti müəyyənləşdirilib

Samuxda su kanalında aşkarlanan meyitin şəxsiyyəti müəyyənləşdirilib Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
17 İyun , 2017 17:05
Samuxda su kanalında aşkarlanan meyitin şəxsiyyəti müəyyənləşdirilib

Samux. 17 iyun. REPORT.AZ/ Samux rayonunda su kanalında aşkarlanan meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Samux rayon Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, aparılan araşdırmalardan sonra meyitin Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Dilənçiyev Əli Qulu oğluna məxsus olduğu məlum olub. 

Üzərində zorakılıq əlaməti olmayan Ə.Dilənçiyevin hansı şəraitdə su kanalına düşməsi araşdırılır.

Son xəbərlər

Orphus sistemi