Samuxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB-2

Samuxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB-2 Həmçinin piyadanın şəxsiyyəti müəyyənləşib
Hadisə
105
15 Oktyabr , 2017 23:26
Samuxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB-2
Report

Samux. 15 oktyabr. REPORT.AZ/ Samuxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə E.Quliyevi vurub öldürən rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov polis tərəfindən saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***21:13

Samux rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı Samux rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Oktay oğlu Quliyev ölüb.


***21:02

Samux . 15 oktyabr. REPORT.AZ/ Samux rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut Qəsəbəsində baş verib.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən kişini vurub. Piyada keçinib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi