Samuxda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Samuxda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
8 İyun , 2017 11:28
Samuxda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Samux. 8 iyun. REPORT.AZ/ Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə iyunun 7-də Samux şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər ərazisində sürücüsü hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən şəhər sakini  Bəxtiyar Zeynalovu vurub.

Sürücü qəzanı törətdikdən sonra qaçıb, piyada B.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi