Samuxda avtomobil piyadanı vurub, sürücü qaçıb

Samuxda avtomobil piyadanı vurub, sürücü qaçıb Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
23 İyul , 2021 21:47
Samuxda avtomobil piyadanı vurub, sürücü qaçıb
0 : 00
0 : 00

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kolayı kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Xəsarət alan şəxs 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovdur.

Qəzanı törətməkdə şübhəli bilinən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi