Samuxda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb - YENİLƏNİB

Samuxda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Yanvar , 2018 13:21
Samuxda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb - YENİLƏNİB
Report

Samux. 8 yanvar. REPORT.AZ/ Samux rayonundaiş otağında meyiti tapılan məktəb mühafizəçisinin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kənd orta məktəbində mühafizəçi işləyən, 1947-ci il təvəllüdlü Kərəm Rəsul oğlu Əhmədov iş yerində ölü tapılıb. 

Araşdırma zamanı üzərində heç bir zorakılıq əlaməti olmadığı və ürək çatışmazlığından öldüyü ehtimal edilir. Digər məlumata görə, K.Əhmədovun həyat yoldaşı da bir neçə il əvvəl ürək çatışmazlığından dünyasını dəyişib.


***11:14

Samux. 8 yanvar. REPORT.AZ/ Samux rayonunda orta məktəbin mühafizəçisinin iş otağında meyiti aşkarlanıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Çobanabdallı kənd orta məktəbində baş verib. 

Belə ki, səhər işə gələn məktəbin müəllimləri mühafizəçinin iş otağında öldüyünü görüblər. Bu barədə hüquqmühafizə orqanlarına məlumat verilib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi