Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
3 Oktyabr , 2016 12:14
Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Samux. 3 oktyabr.  REPORT.AZ/ Samux rayonunda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini Ceyhunə Mustafayevaya məxsus evdən 100 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Zeynal Zeynalov və Samux rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Əli Ağayev tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi