Samuxda minik və yük maşınları toqquşub, yaralılar var - YENİLƏNİB

Samuxda minik və yük maşınları toqquşub, yaralılar var - YENİLƏNİB Samux. 25 dekabr. REPORT.AZ/ Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
25 Dekabr , 2018 23:25
Samuxda minik və yük maşınları toqquşub, yaralılar var - YENİLƏNİB

Samux. 25 dekabr. REPORT.AZ/ Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Çobanabdallı kəndində aş verən yol qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində "VAZ"da olan Çobanabdallı kənd sakinləri - 1980-ci il təvəllüdlü Sərxan Elsəvər oğlu Nəbiyev və onun 1994-cü il təvəllüdlü həmyerlisi Ələddin Xalis oğlu Abdullayev müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı öncə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.

Yaralılardan birinin yaxınları Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində olan növbətçi həkimə və tibb işçilərinə təzyiq göstərərək onları vurmağa çalışıb və bu səbəbdən xəstəxanada kiçik insident baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 21: 54

Samux. 25 dekabr. REPORT.AZ/ Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zamanidarəetmədən çıxaraq qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar təcili tibbi yardım maşınları ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Daha əvvəl Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi