Samuxda minik avtomobili TIR-la toqquşub, ölən var - YENİLƏNİB

Samuxda minik avtomobili TIR-la toqquşub, ölən var - YENİLƏNİB Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
16 Mart , 2020 11:21
Samuxda minik avtomobili TIR-la toqquşub, ölən var - YENİLƏNİB

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs - Samux rayon sakini, 1992-ci il təvəllüdlü Hasil Hüseynovdur. Onun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Gəncə şəhər şöbəsinə aparılıb.


*** 9:23

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırmızı Samux kənd ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobillə TIR toqquşub. Nəticədə minik avtomobili deformasiyaya uğrayıb və sürücü aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi