Samuxda məktəbli kanalda batıb - YENİLƏNİB

Samuxda məktəbli kanalda batıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Aprel , 2018 09:21
Samuxda məktəbli kanalda batıb - YENİLƏNİB
Report

Samux. 9 aprel. REPORT.AZ/ samux rayonunda su kanalında boğulan məktəblinin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə sakini, 2009-cu il təvəllüdlü Baxışov Kamran Xəyal oğlu Şəmkir su kanalının Samux rayonu ərazisindən keçən hissəsində batıb. O, Gəncədən Samuxa bibisigilə qonaq gedibmiş. 


***9:01

Samux. 9 aprel. REPORT.AZ/ Samux rayonunda məktəbli oğlan su kanlına düşərək boğulub.

“Report”un Qərb bürosu xəbər verir ki, Şəmkir su kanalının Samux rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik adı məlum olmayan məktəblinin Gəncə şəhərindən Samux rayonuna qonağ getdiyi bildirlir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi