Samuxda maşın yolda qazılmış çalaya düşüb, sürücü ağır yaralanıb

Samuxda maşın yolda qazılmış çalaya düşüb, sürücü ağır yaralanıb Sürücü sərxoş olub
Hadisə
26 Oktyabr , 2017 04:39
Samuxda maşın yolda qazılmış çalaya düşüb, sürücü ağır yaralanıb
Foto: Report.az

Samux. 26 oktyabr. REPORT.AZ/ Samuxda bir nəfərin ağırxəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Hacıalılı kəndində yerli sakin, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolda təmir işləri əlaqədar qazılmış çalaya düşüb.

Nəticədə sürücü ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Sürücünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi