Yuxarı

Samuxda maşın təkərin partlaması nəticəsində aşıb, sürücü xəsarət alıb

Samuxda maşın təkərin partlaması nəticəsində aşıb, sürücü xəsarət alıb
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Samux. 21 aprel. REPORT.AZ/ Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb.

Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi