Samuxda dava edənləri ayıran şəxs bıçaqlandı - YENİLƏNİB

Samuxda dava edənləri ayıran şəxs bıçaqlandı - YENİLƏNİB Samux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb
Hadisə
1 Mart , 2021 09:31
Samuxda dava edənləri ayıran şəxs bıçaqlandı - YENİLƏNİB

Samux rayonunda 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun "Report"un Qərb mərkəzinə verdiyi məlumatına görə, rayonun Qarabağlar kəndində Samux rayon sakinləri - 37 yaşlı Elçin Məmmədov və 46 yaşlı Eldəniz Həsənov bıçaqlanıblar.

Aparılan araşdırmalar nəticəsində onların, Samux rayon sakini, 1969-cu il təvəllüdlü Asəf Muradov tərəfindən bıçaqlandığı məlum olub.

O bildirib ki, xəsarət alan hər iki yaralı xəstəxanaya yerləşdirilib:

"Qarabağlar kəndində əkin sahəsində A.Muradovla E.Həsənovun aralarında mübahisə yaranıb. Bu zaman onların yanında olan E.Məmmədov onları ayırmağa çalışıb. A.Muradov hər ikisinə bir bıçaq xəsarəti yetirib. Daha sonra hadisə yerindən qaçıb. Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, soyuq silahla birgə saxlanılıb."

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

28 fevral, saat 21:43

Samux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Samux rayon sakinləri, 37 yaşlı Elçin Məmmədov və 45 yaşlı Eldəniz Həsənov mübahisə zəminində bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi