Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Samux rayon sakini, 1946-cı il təvəllüdlü İlham Mikayıl oğlu Nəsibovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Nicat İlqar oğlu Məhərrəmovun idarə etdiyi "Opel" markalı avtomobil ilə toqquşub.
Nəticədə İ.Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Məhərrəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***10:29
Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" markalı avtomobil yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman "Opel" markalı avtomobil ilə toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub
Yol qəzası nəticəsində "VAZ"-ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.