Samuxda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb - ƏLAVƏ OLUNUB

Samuxda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb - ƏLAVƏ OLUNUB Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
1 yanvar 2017 18:13
Samuxda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb - ƏLAVƏ OLUNUB

Samux. 1 yanvar. REPORT.AZ / Samux rayonunda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Samux rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində özünü bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan R. İmanov yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, həkimlər tərəfindən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi