Yuxarı
    Bağlamaq

    Samuxda hadisə yerindən qaçan sürücü tutulub

    Baş Prokurorluq ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

    Bakı. 9 iyun. REPORT.AZ/ Baş Prokurorluq ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

    “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, Samux rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

    Belə ki, iyunun 7-də saat 23 radələrində Samux şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1970-ci il təvəllüdlü Cümşüd Zeynalovu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə, rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-31” markalı, 20-CZ-593 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mirzəyev Sahib Həmzə oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi