Samuxda gözətçini güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Samuxda gözətçini güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib
Hadisə
13 Dekabr , 2018 16:37
Samuxda gözətçini güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Samux rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Adil Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisində baş verib. Həmin ərazidə kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudov ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açıb. Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi