Samuxda fermadan 21 baş heyvan oğurlanıb

Samuxda fermadan 21 baş heyvan oğurlanıb Samux rayonunda fermadan  oğurluq edilib. 
Hadisə
2 Yanvar , 2021 17:54
Samuxda fermadan 21 baş heyvan oğurlanıb

Samux rayonunda fermadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə Əlibayramlı kəndi ərazisindəki fermaların birindən 21 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi