Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var

Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 Oktyabr , 2016 09:19
Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var

Samux. 21 oktyabr. REPORT.AZ/ Samux rayonunda fərdi yaşayış evində partlayış baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, partlayış zamanı iki nəfər ağır yaralanıb.

Hələlik hansı səbəbdən baş verdiyi məlum olmayan partlayış Samux rayon sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılova məxsus evdə qeydə alınıb.

Nəticədə N.İsmayılov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü  Zemfira İsmayılova ağır bədən xəsarətləri alıblar. Yaralılar qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən hər iki yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndərilməsi gözlənilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi