Samuxda fərdi evdə yanğın olub, ölən var - YENİLƏNİB

Samuxda fərdi evdə yanğın olub, ölən var - YENİLƏNİB Samux rayonunda evdə baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub. Reportun Qərb bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən şəxs - Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. O, hadisə zamanı evdə tək olub.
Hadisə
2 Aprel , 2019 01:13
Samuxda fərdi evdə yanğın olub, ölən var - YENİLƏNİB

Samux rayonunda evdə baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən şəxs - Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. O, hadisə zamanı evdə tək olub.

Yanğın nəticəsində evin mətbəxi və otağın bir hissəsi yanıb. Faktla bağlı araşdırma aparılır.


***00:55

Samux rayonunda evdə yanğın olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Fərdi evdə baş vermiş yanğın zamanı Habil adlı bir nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi