Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Alıuşağı kəndində qeydə alınıb.
Hadisə nəticəsində evdə olan Samux rayon sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.