Samuxda yaşayış evində yanğın olub

Samuxda yaşayış evində yanğın olub Samux. 19 yanvar. REPORT.AZ/ Samux rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
19 Yanvar , 2019 12:03
Samuxda yaşayış evində yanğın olub

Samux. 19 yanvar. REPORT.AZ/ Samux rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kənd sakini Nəbi Qurbanova məxsus fərdi yaşayış evdə qeydə alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Amma hadisə səbəbindən halı pisləşən 5 nəfərə tibbi yardım göstərilib. 

Yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi