Yuxarı
    Bağlamaq

    Samuxda ərzaq mağazası yanıb

    Mağazanın bir hissəsi və tövlə yanğından mühafizə olunub

    Bakı. 31 dekabr. REPORT.AZ/ Bu gün Samux rayonunun Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanıb. Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mağazanın içərisində olan hər biri 20 litr olan 14 ədəd boş yanacaq çəlləkləri və həcmi 200 litr olan yağ çəlləyi təhlükəsiz əraziyə çıxarılıb. 

    Mağazanın qalan hissəsi və bitişik ümumi sahəsi 36 kv.m olan tövlə yanğından mühafizə olunub. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi