Samuxda bıçaqlanma olub - YENİLƏNİB

Samuxda bıçaqlanma olub - YENİLƏNİB Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə
27 İyul , 2021 22:37
Samuxda bıçaqlanma olub - YENİLƏNİB
0 : 00
0 : 00

Samux rayonunun Çobanabdallı kəndində həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.

Xəsarət alan hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:04

Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallı kəndində baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hələlik hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi