Samuxda avtomobil piyadanı vurub

Samuxda avtomobil piyadanı vurub Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 Oktyabr , 2019 22:50
Samuxda avtomobil piyadanı vurub
Foto: Report.az

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Ulikbek Şamxəlil oğlu Həsənov öz avtomobilindən düşərək yolu keçərkən onu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi