Samuxda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Samuxda avtomobil ağaca çırpılıb, xəsarət alan var Samux rayonunda yol qəzası baş verib.
Hadisə
5 Aprel , 2019 15:26
Samuxda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Samux rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndi yolunda qeydə alınıb. 

Belə ki, 1993 il təvəllüdlü Cavid İlqar oğlu Kazımov idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Samux Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi