Samuxda 73 yaşlı qadın kürəkəni tərəfindən bıçaqlanıb - ƏLAVƏ OLUNUB

Samuxda 73 yaşlı qadın kürəkəni tərəfindən bıçaqlanıb - ƏLAVƏ OLUNUB Yüsibova Pakizə cərrahiyyə əməliyyatına alınıb
Hadisə
10 Fevral , 2018 23:52
Samuxda 73 yaşlı qadın kürəkəni tərəfindən bıçaqlanıb - ƏLAVƏ OLUNUB

Samux. 10 fevral. REPORT.AZ/ Samuxda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Sərkər kəndində baş verib. 

Kənd sakini, 1945-ci təvəllüdlü Yüsibova Pakizə Böyükkişi qızı kürəkəni tərəfindən bıçaqlanıb. Məlumata görə, qadına bud nahiyəsindən 1 bıçaq zərbəsi vurulub. Hadisəyə səbəb onun qızını kürəkənindən ayırmaq istəməsi olub. Belə ki, P. Yüsibova qızını ata evinə gətirib. Kürəkəni isə həyat yoldaşını evə gətirmək üçün onlara gedib. Bu zaman yaranan mübahisə zamanı kürəkən qaynanasını bıçaqlayıb.

Qadın hazırda cərrahiyyə əməliyyatı olunur. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən kürəkən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi