Samuxda 3 yaşlı uşaq quyuya düşərək ölüb - YENİLƏNİB

Samuxda 3 yaşlı uşaq quyuya düşərək ölüb - YENİLƏNİB Samux rayonunun Əlibayramlı kəndində ehtiyyatsızlıqdan quyaya düşərək boğulan uşağın kimliyi məlum olub.
Hadisə
6 May , 2019 21:50
Samuxda 3 yaşlı uşaq quyuya düşərək ölüb - YENİLƏNİB

Samux rayonunun Əlibayramlı kəndində ehtiyyatsızlıqdan quyaya düşərək boğulan uşağın kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, 2016-cı il təvəllüdlü Elnur Hüseyn oğu Rüstəmzadə babsının evində həyətdə nəzarətsiz qalaraq su quyusuna düşüb. 

Bir qədər sonra uşağın anası onun həyətdə görünmədiyini görüb və övladının axtarmağa başlayıb. Gənc qadın su quyusunda övladının cansız bədənini görüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Uşağın meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl uşağı valideynləri məhkə\mənin qərarı ilə boşanıblar, uşaq anaya verilib.


*** 18:23

Samux rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un məlumatına görə, rayonun Əlibayramlı kəndində 3 yaşlı oğlan uşağı ehtiyatsızlıqdan quyuya düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi