Samux. 13 noyabr. REPORT.AZ/ Samux rayonunda 16 yaşlı piyadanı maşın vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Samux-Gəncə avtomobil yolunun Kolayı kəndinin ərazisindən keçən hissəsində baş verib.
Samux rayon Kolayı kənd sakini, 2001-ci il təvəllüdlü Sərxan Yüsifli yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.