Samux və Tərtər sakinlərindən silah aşkarlandı

Samux və Tərtər sakinlərindən silah aşkarlandı Samux və Tərtər sakinlərində silah aşkarlanıb
Hadisə
8 Fevral , 2021 11:33
Samux və Tərtər sakinlərindən silah aşkarlandı

Samux və Tərtər sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nəbiağalı qəsəbə sakini R.Namazovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayılbəyli kənd sakini F.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi