Samux sakinindən 4 kq narkotik götürüldü

Samux sakinindən 4 kq narkotik götürüldü Samux sakinində narkotik vasitə aşkar edilib.
Hadisə
19 Dekabr , 2020 12:38
Samux sakinindən 4 kq narkotik götürüldü
Taleh Məmmədov

Samux rayon sakinində narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi