​Samux rayonunda 44 yaşlı yerli sakini ilan sancıb

​Samux rayonunda 44 yaşlı yerli sakini ilan sancıb Hadisə Qarayeri qəsəbəsində qeydə alınıb
Hadisə
4 May , 2015 00:36
​Samux rayonunda 44 yaşlı yerli sakini ilan sancıb

Bakı. 4 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Samux rayonunun Qarayeri qəsəbəsində ilansancma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 44 yaşlı yerli sakin Cəmilə Qəhrəmanovanı yaşadığı evin zirzəmisində ilan vurub.

Zərərçəkmiş ilk olaraq rayon xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadına ilan əleyhinə zərdab vurulub. Hazırda xəstənin vəziyyəti stabildir.

Qeyd edək ki, Aran zonasında, xüsusilə də yay aylarında ilansancma hallarına tez-tez rast gəlinir. Burada il ərzində 10-20 belə hal qeydə alınır.

Son xəbərlər

Orphus sistemi