Xaçmazda qadın su kanalında batıb

Xaçmazda qadın su kanalında batıb Samur-Abşeron su kanalında qadın batıb.
Hadisə
4 Yanvar , 2022 12:56
Xaçmazda qadın su kanalında batıb
0 : 00
0 : 00

Xaçmaz rayonunda 51 yaşlı qadın su kanalında batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi