Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti sudan çıxarılıb - FOTO - YENİLƏNİB

Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti sudan çıxarılıb - FOTO - YENİLƏNİB Hadisə Samur-Abşeron su kanalında baş verib
Hadisə
8 Aprel , 2018 16:35
Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti sudan çıxarılıb - FOTO - YENİLƏNİB
Report

Quba. 8 aprel. REPORT.AZ/ Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, bunlar rayonun Gədikqışlaq kənd sakinləri olan Vidadi Mehrəliyev və Səhrab Seyfulovdur.

Onların cəsədləri ailələrinə təhvil verilib.


***15:19

Quba. 8 aprel. REPORT.AZ/ Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi