Samir Abasov: “Məğlubiyyətdə hamımızın payı var”

Samir Abasov: “Məğlubiyyətdə hamımızın payı var” Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində səfərdə “Keşlə”yə 0:2 məğlub olan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.
Hadisə
30 Sentyabr , 2019 00:16
Samir Abasov: “Məğlubiyyətdə hamımızın payı var”

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində səfərdə “Keşlə”yə 0:2 məğlub olan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

“Report” xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Oyunun aqressiv şəkildə gedəcəyi ilk dəqiqələrdən aydın idi. Rəqibi təbrik edirəm. Bu mübarizədə onlara uduzduq. Daha çox aqressiv olan tərəf qalib gəldi. Məhz bu komponentdə rəqibə uduzduq. Bəzi futbolçularımız sərt mübarizədən qaçırdı. Fakt budu ki, məğlub olduq.

- Günahı kimdə görürsünüz: özünüzdə, yoxsa futbolçularda?

- Günahkar axtarmayacağıq. Bu məğlubiyyətdə hamımızın payı var. Bu cür oyunlar çox olacaq. “Qarabağ” və “Neftçi”də fərdi ustalıq səviyyəsi olan futbolçular çoxdur. Digər rəqiblərlə matçlar isə gərgin keçəcək.

- Beş müdafiəçi ilə oynamaq nə dərəcədə düzgün idi?

- Düzülüşü tez-tez dəyişməyin tərəfdarı deyiləm. Kim təminat verə bilər ki, 4 müdafiəçi ilə oynasaydıq fərqli nəticə qeydə alınacaqdı?

Son xəbərlər

Orphus sistemi