Samir Abasov: "Bu günü səbirsizliklə gözləyirdik ki, "Neftçi"yə məğlubiyyəti unutduraq"

Samir Abasov: "Bu günü səbirsizliklə gözləyirdik ki, "Neftçi"yə məğlubiyyəti unutduraq" "Sumqayıt"ın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb
Futbol
4 Noyabr , 2017 20:56
Samir Abasov: Bu günü səbirsizliklə gözləyirdik ki, Neftçiyə məğlubiyyəti unutduraq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Oyundan sonra futbolçuların da, fanatlarımızı təbrik etdim. Layiqli qələbə idi. "Neftçi" ilə görüşdə son dəqiqələrdə təcrübəli oyunçuların yolverilməz səhvlərindən uduzduq. Onlar bu gün həmin səhvləri unutdurmaq istəyirdilər. Əvvəlkinə nəzərən baxımlı oyun olmasa da, futbolçularımız qələbəyə can atdılar. Hansınısa seçmək düzgün olmazdı. Lakin Cavid İmamverdiyevin böyük rolu oldu. Rüfət Abdullazadəni ilk dəfə meydana buraxdım. Xeyirli olsun".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra Abasov jurnalistlərin suallarını cavablandırıb...

- Sizə elə gəlmirmi ki, Rəşad Eyubov istənilən səviyyədə çıxış etmir?

- Ola bilər. Keçən oyundan sonra bu günü səbirsizliklə gözləyirdik ki, "Neftçi"yə məğlubiyyəti unutduraq. Rəşad Eyubov çoxlu top itirir. Onunla fərdi danışacağıq. Oyun onun üzərində qurulub.

- Rza Məmmədovun atası Məmmədəli Məmmədov "Neftçi"nin hazırkı təlim-məşq bazasının direktoru olub. Yan xətt hakiminin səhvi bundan irəli gələ bilərmi ki, "Neftçi"dən çox aralana bilməyəsiniz?

- Rza Məmmədovun "Neftçi" ilə əlaqəsinin olduğundan məlumatım yox idi. Bunu bilməməyim bəlkə də mənim səhvim idi. Amma Tural Axundov, Cavid Tağıyev fasilədən sonra məndən soruşdular, necə ola bilər ki, yan xətt hakimi ofsaydı görməsin? Ötən tur "Neftçi" ilə oyunda Fərhad Vəliyevin son dəqiqələrdə buraxdığı qola münasibət bildirəndə çoxu deyirdi ki, bu, təcrübəli qapıçıya yaraşmaz. Bugünkü səhv isə ondan betər idi.

Son xəbərlər

Orphus sistemi