Şamaxıya yağan qar magistral yolda çətinliklər yaradıb

Şamaxıya yağan qar magistral yolda çətinliklər yaradıb Avtomobil yolunun enişli-yoxuşlu olması nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub
Hadisə
141
22 Yanvar , 2017 22:53
Şamaxıya yağan qar magistral yolda çətinliklər yaradıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Axşam saatlarında Şamaxı rayonuna yağan qar səbəbindən magistral yolda avtomobillərin hərəkətində problemlər yaranıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər.

Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Əraziyə "Azəravtoyol" ASC-nin Şamaxı və Ağsu rayon idarələrinin qartəmizləyən texnikaları cəlb edilib və yolların qardan təmizlənməsinə başlanılıb.

Hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Son xəbərlər

Orphus sistemi