Şamaxının dağlarında iki avtomobildə xarici vətəndaşlar köməksiz vəziyyətdə qalıblar

Şamaxının dağlarında iki avtomobildə xarici vətəndaşlar köməksiz vəziyyətdə qalıblar Hazırda mümkün vasitəslərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilir
Hadisə
3 Oktyabr , 2017 12:39
Şamaxının dağlarında iki avtomobildə xarici vətəndaşlar köməksiz vəziyyətdə qalıblar

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün saat 06:48 radələrində ABŞ-ın 911 Çağrı Mərkəzindən Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara "Nissan Patrol" avtomobillərində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi