Bakı. 30 mart. REPORT.AZ/ Bu gün günorta saatlarında Şamaxıda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:59-da Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb. Maqnitudası 4,1, dərinliyi 7 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.