Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB

Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB Hacıqabul rayonunda yenidən zəlzələ olub.
Hadisə
22 Fevral , 2020 09:36
Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB

Hacıqabul rayonunda yenidən zəlzələ olub.   

“Report”un yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 08:42 Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. 

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.


*** 08:03

Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. 

“Report”un Aran bürosu xəbər verir ki, yerli vaxtla 07:22-də baş verən zəlzələ sakinlər tərəfindən hiss olunub.

Yerli mütəxəssislər zəlzələnin təqribən 3 bala qədər hiss olduğunu ehtimal bildiriblər.

Dağıntı və xəsarətin qeydə alınmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi